Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilib. 

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “Kayzerslautern”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Erat bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

“Duysburq” geridə qalan turlarda topladığı 12 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp