Futbol üzrə Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, əsas millimizin üzvü Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Sivasspor”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Dəniz bu görüşün iştirakçısı olmayıb. O, görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

"Bursaspor" geridə qalan turlarda topladığı 12 xalla 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp