Futbol üzrə Almaniya çempionatında 9-cu tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Şalke” “Maynts”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.
Lider “Borussiya” ikinci oyun günündə meydana çıxıb. Dortmund təmsilçisi “Ayntraxt”ın qonağı olub və növbəti xal itkisi ilə üzləşib.
“Bavariya” isə səfərdə “Hamburq”la üz-üzə gəlib. Münhen klubu 3 xalı tək qolla qazanıb.
"Hannover" səfərdə "Auqsburq"a, "Bayer" isə Münhenqladbax "Borussiya"sına qalib gəlib. "Leypsiq" də doğma meydanda "Ştutqart"dan üstün olub.
Son oyun günündə baş tutan oyunların hamısı heç-heçə başa çatıb. "Köln" – "Verder" matçında ümumiyyətlə hesab açılmayıb. "Frayburq" – "Herta", eləcə də "Volfsburq" – "Honffenhaym" matçlarında isə tərəflər hərəyə 1 qolla 1 xal əldə ediblər.
Almaniya Bundesliqası
9-cu tur
20 oktyabr
Şalke – Maynts 2:0
Qol: Qoretska, 13. Burqstaller, 74.
21 oktyabr
Ayntraxt – Borussiya D 2:2
Qol: Haller, 64-pen. Volf, 68 – N.Şahin, 19. Filipp, 57.
Auqsburq – Hannover
Qol: Qreqoritş, 33 – Fyullkruq, 76; 89.
Borussiya M – Bayer 1:5
Qol: Conson, 7 – Bender, 48. Beyli, 59. Brandt, 61. Volland, 69. Pohjanpalo, 81.
Leyptsiq – Ştutqart 1:0
Qol: Sabitser, 23.
Hamburq – Bavariya 0:1
Qol: Tolisso, 51.
22 oktyabr
Köln – Verder 0:0
Frayburq – Herta 1:1
Qol: Haberer, 52-pen – Kalu, 81-pen.
Volfsburq – Hoffenhaym 1:1
Qol: Uduxay, 90 – Demirbay, 73-pen.
–
–