Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 11-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Alkorkon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Eddi də bu görüşün iştirakçısı olub. O, matçın 46-cı dəqiqəsində meydana buraxılıb.

“Ximnastik" geridə qalan turlarda 11 xal toplayıb və hazırda 22 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp