Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 9-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Elazığspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə başladığı matçın sonunadək meydanda olub.

“Samsunspor” 9 turdan sonra 10 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp