Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 12-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Chemie Leypsiq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov 80-ci dəqiqədə əvəzlənib.

"Dinamo" hazırda 25 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp