19 yaşadək qızlardan ibarət Azərbaycan yığması oktyabrın 25-də, 28-də və 31-də Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarını keçiriəcək. 

Futbolinfo.az xəbər verir ki, yığmamızın mübarizə aparacağı 4-cü qrupun oyunları Albaniyada təşkil olunacaq. Futbolçularımız ilk oyununu Ukrayna, ikinci qarşılamasını İspaniya, qrupun son matçını isə Albaniya komandasına qarşı keçirəcək. İlk iki oyun Bakı vaxtı ilə saat 14:00-da, son qarşılaşma isə saat 16:00-da başlayacaq.

Yığmamızın seçmə mərhələ oyunları üçün heyətini diqqətinizə çatdırırıq:

Abdulova Nigar – Qəbələ
Topçu Sudə – 1207 Antalya Döşəməaltı Bələdiyyə Spor (Türkiyə)
Bozdağ Pəritan – Konak Bələdiyyə Spor (Türkiyə)
Əhmədova Ayşən – Gənclik (Şəki)
Hüseynova Cəmilə – Qubek (Balakən)
Qasımova Həqiqət – Təhsil (Bakı)
Hacıyeva Vüsalə – Sumqayıt
Seyfətdinova Vüsalə – Gənclik (Şəki)
Uyğun Dilgə – Ayntraxt (Frankfurt, Almaniya)
Tas Öznur – 1207 Antalya Döşəməaltı Bələdiyyə Spor (Türkiyə)
İbadova Aytən – Qubek (Balakən)
Teymurova Firəngiz – Konak Bələdiyyə Spor (Türkiyə)
Qurqenidze Nino – Martve (Kutaisi, Gürcüstan)
Sərdarlı Rövşanə – Gənclik (Şəki)
Özdemir Mərvə – Ayntraxt (Frankfurt, Almaniya)
Özkumru Muazəz Yağmur – Konak Bələdiyyə Spor (Türkiyə)
Kanpara Çağla Miray – Herta 03 Zehlendorf (Berlin,Almaniya)
Özdemir Ülkü – Montabaur (Montabaur,Almaniya)
Əliyeva Arzu – Sumqayıt
Özdemir Hatice – Montabaur (Montabaur,Almaniya)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp