UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun ən yaxşı qolu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, “Roma”nın hücumçusu Edin Dzekonun səfərdə İngiltərənin “Çelsi” klubunun qapısından keçirdiyi qol həftənin ən yaxşısı olub.

Bosniyalı futbolçu 25 faiz səs toplayıb. “Yuventus”un yarımmüdafiəçisi Miralem Pyaniçin qolu 24, Moskva “Spartak”ının yarımmüdafiəçisi Denis Qluşakovun qolu isə 20 faiz səs toplayıb.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp