FİFA 2017-ci ilin ən yaxşılarını mükafatlandırıb.

Futbolinfo.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda təşkil olunan “The Best” adlı tədbirdə müxtəlif nominasiyalar üzrə ən yaxşıların adları açıqlanıb.

2017-ci ilin ən yaxşı futbolçusu Kriştiano Ronaldo seçilib. İspaniyanın “Real” klubunun portuqaliyalı hücumçusu ilə yanaşı, bu ada Lionel Messi (“Barselona”) və Neymar da (PSJ) namizəd idi.

Qeyd edək ki, baş mükafatı sahibinə dünya şöhrətli Maradona və Ronaldo Luis Nazario təqdim edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp