FİFA 2017-ci ilin ən yaxşılarını mükafatlandırıb.

Futbolinfo.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda təşkil olunan “The Best” adlı tədbirdə müxtəlif nominasiyalar üzrə ən yaxşıların adları açıqlanıb.

2017-ci ilin ən yaxşı qadın futbolçusu hollandiyalı Like Martens (“Barselona”) seçilib. Bu mükafata onunla yanaşı, Deyna Kastelyanos (“Santa-Klarita”, ABŞ) və Karli Lloyd (“Mançester Siti”, İngiltərə) da namizəd idi.

17080a32f806affd747d7c50b0ec9d97 - Futbolinfo.az

Qadın futbolunda ən yaxşı baş məşqçi isə Hollandiya millisinin çalışdırıcısı Sarina Viqman seçilib. O, Danimarka yığmasını çalışdıran həmkarı Nils Nilsen və fransalı Jerar Preşeri ("Olimpik”, Lion) qabaqlayıb.

0617b4869ad66ae4100515c760b555c1 - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp