Futbol üzrə Türkiyə çempionatında 9-cu tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyun günündə 2 qarşılaşma keçirilib. “Göztəpə” “Alanyaspor”u, “Antalyaspor” isə “Kasımpaşa”nı qəbul edib. Antalya təmsilçisi doğma meydanda çətinliklə də olsa, qələbə qazana bilib. İzmirdə baş tutan bol qollu qarşılaşmada isə qalib müəyyənləşməyib.

İkinci oyun günündə "Osmanlıspor" "Karabükspor"u darmadağın edib. "Trabzonspor" səfərdə "Yeni Malatyaspor"a uduzub. 6 qolun qeydə alındığı "Akhisar" – "Gənclərbirliyi" matçında isə qalib müəyyənləşməyib. 

Turun ən çox maraq doğuran oyunlarından biri bazar günü keçirilib. Lider “Qalatasaray” evdə əzəli rəqibi “Fənərbaxça” ilə qarşılaşıb. İstanbul derbisində hesab açılmayıb və tərəflər hərəyə 1 xal qazanıblar.

Bazar ertəsi isə son çempion “Beşiktaş” vitse-çempion “Başakşəhər”i qəbul edib. Matç heç-heçə başa çatıb.

Türkiyə Super Liqası
9-cu tur

20 oktyabr

Antalyaspor – Kasımpaşa 2:1
Qol: Eto`o, 43. Kadah, 74 – Murilyo, 23.

Göztəpə – Alanyaspor 3:3
Qol: Yahoviç, 41; 74. Kastro, 72 – Karaca, 66. Mbilla, 87. Fernandes, 90.

21 oktyabr

Osmanlıspor – Karabükspor 3:0
Qol: Pinto, 62. S.Gürler, 74; 85.

Akhisar – Gənclərbirliyi 3:3
Qol: S.Aydoğdu, 39-pen. Enrike, 60-pen. Sissoko, 65 – S.Özkan, 18. U.Çiftç, 23. V.Muriqi, 45.

Yeni Malatyaspor – Trabzonspor 1:0
Qol: O.Yokuşlu, 45-öz qapısına.

22 oktyabr

Sivasspor – Bursaspor 0:0

Kayserispor – Konyaspor 2:1
Qol: D.Turuç, 50. Mendes, 64 – Şahiner, 90.

Qalatasaray – Fənərbaxça 0:0

23 oktyabr

Beşiktaş – Başakşəhər 1:1
Qol: D.Toşiç, 90+2 – K.Frey, 89.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp