Fransanın “Mets” klubunun baş məşqçisi Filip Histberger istefaya göndərilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstefaya komandanın ardıcıl məğlubiyyətləri səbəb olub.

“Mets” bu mövsüm Fransa 1-ci Liqasında 10 oyunun 9-da məğlub olaraq sonuncu pillədə qərarlaşıb. 

Qeyd edək ki, Histberger 2015-ci ildən komandaya rəhbərlik edirdi. O, ötən mövsüm komandanı aşağı dəstədən elitaya yüksəldib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp