Futbol üzrə İsveç çempionatında 28-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası – "Kalmar" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “Yonçöpinq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Nuri də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Emin sonadək oynayıb.

Geridə qalan turlarda 32 xal toplayan "Kalmar" hazırda 16 komanda arasında 12-ci pillədədi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp