Futzal üzrə Azərbaycan çempionatının 4-cü turu çərçivəsində keçiriləcək oyunlara təyinatlar açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, növbəti turun bütün görüşləri oktyabrın 25-də, Bakı İdman Sarayında baş tutacaq.

Təyinatlarla sizi də tanış edirik:

14:30 “Marafon” – “Yasamal” FK
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Anar Fərəcov.
Hakim-inspektor: Murad Məmmədov.

16:00 “FK ID Futsal” – “Araz”
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Kənan Məlikov
Hakim-inspektor: Elşad Cəfərov

17:30 “Neftçi” İK – “Xəmsə”
Hakimlər: Elçin Məmmədov, Əli Cəbrayılov, Yusif Nurullayev
Hakim-inspektor: Ədilxan Hünbətov

Qeyd: Turun açılış oyunu olan “Marafon” – “Yasamal” FK qarşılaşması CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp