Almaniya Futbol İttifaqının İntizam Komitəsi “Ersgebirge”nin futbolçusu Dimitri Nazarovu cəzalandırıb.

Futbolinfo.az xəbər verir ki, sözügedən qurum Azərbaycan yığmasının da şərəfini qoruyan yarımmüdafiəçini 3 oyunluq diskvalifikasiya edib. Buna onun 2-ci Bundesliqanın 11-ci turunda “Yan Regensburq”la matçın 20-ci dəqiqəsində topu bilərkdən rəqib futbolçunun üzünə vurması səbəb olub. Həmin epizodda millimizin üzvü birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.

İntizam Komitəsi Nazarova verdiyi 3 oyunluq cəza ilə yanaşı, onun klubunu da 3 min avro məbləğində cərimələyib.

Aue klubunun rəsmi saytına açıqlama verən Nazarov baş verənlərə görə təəssüfünü dilə gətirib: “Özümü bu cür aparmamalı idim. Kluba və komandama zərər vurdum. Hər kəsdən üzr istəyirəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp