“Səbail” Topaz Premyer Liqanın 9-cu turunun “İnter”lə oyununda dava edən futbolçuları – Eltun Yaqublu və Maudo Jarjueni cəzalandırıb. 

Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Əliyev məlumat verib. Onun sözlərinə görə, hər iki futbolçuya pul cəriməsi kəsilib: “Klubun nizam-intizam kodeksinə uyğun olaraq, hər iki futbolçu cəzalanıb. Artıq həmin kağıza mən də qol çəkmişəm. Onlara pul cəzası verillib”.

Xatırladaq ki, “Səbail”in 1:0 hesabı ilə qalib gəldiyi oyunun sonlarında E.Yaqublu ilə M.Jarjue arasında sərt mübahisə düşüb. Hətta onlar əlbəyaxa olublar. Araya girən “Səbail”in digər oyunçuları tərəfləri sakitləşdiriblər. (qol.az)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp