19 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Fərid Nəbiyev Çexiyada ilk qoluna imza atıb.

Futbolinfo.az xəbər verir ki, “Qəbələ”nin yetirməsi olan gənc yarımmüdafiəçi “Slaviya”nın U-19 komandasının heyətində fərqlənib. U-19-lar arasında ölkə birinciliyinin “Karvina” ilə səfər qarşılaşmasında meydana çıxıb. “Slaviya”nın 1:2 hesabıyla uduzduğu oyunda komandasının yeganə qoluna məhz həmyerlimiz imza atıb. Nəbiyev matçın 12-ci dəqiqəsində hesabı bərabərləşdirsə də, fasiləyə kimi “Karvina” yenidən önə keçib və yekunda 3 xal qazanan tərəf olub.

Qeyd edək ki, Fərid dünən “Slaviya”nın U-21 komandasının heyətində də meydana çıxmışdı. O, “Yablonets”lə qarşılaşmanın (2:4) ikinci hissəsində meydana daxil olaraq, komandasının hər iki qolunda yaxından iştirak etmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp