İspaniyanın “Deportivo” klubu baş məşqçisi Pepe Meli istefaya göndərib.

Futbolinfo.az xəbər verir ki, buna La Liqa təmsilçisinin bu mövsüm uğursuz çıxış etməsi səbəb olub. “Deportivo” İspaniya çempionatında geridə qalan 9 turda cəmi 8 xal toplayıb və 20 komanda arasında 16-cı sırada qərarlaşıb.

Klub rəhbərliyi yeni baş məşqçi gətirmək barədə düşünmür. Belə ki, əsas komanda “Deportivo”nun gənclərdən ibarət kollektivini çalışdıran Kristobal Parraloya tapşırılıb. O, mövsümün sonunadək baş məşqçi vəzifəsini yerinə yetirəcək.

Xatırladaq ki, Pepe Mel “Deportivo”ya bu ilin fevral ayından rəhbərlik edirdi. O, ötən mövsüm komandanı La Liqanı tərk etməkdən xilas etmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp