Şotlandiyanın “Hibernian” klubunun sabiq müdafiəçisi Darren Makkormak Britaniya Antidopinq Agentliyi tərəfindən 4 illik diskvalifikasiya olunub.

Futbolinfo.az xəbər verir ki, buna onun dopinqdən istifadə etməsi səbəb olub. Bu il aprelin 8-də “Hibernian”ın “Brençin Siti”yə qarşı keçirdiyi oyundan sonra sözügedən futbolçudan götürülən dopinq-test müsbət nəticə verib. Bu üzdən də həmin dövrdən bəri aparılan araşdırmalar nəticəsində onun günahı sübuta yetirilib və sərt cəzaya layiq görülüb.

Makkormaka qarşıdakı 4 il ərzində bütün futbol yarışlarında iştirak qadağası qoyulub. 29 yaşlı müdafiəçi bu istəyinə bir də 2021-ci ilin 8 aprelindən sonra çata bilər. Təbii ki, karyerasını başa vurmasa…

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp