Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 14-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyevlə Elvin Bədəlovun formasını geyindiyi Vyana “Karabakh”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Ebrayhsdorf”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Futbolçularımıza gəlincə, Elvin start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, sarı vərəqə ilə də cəzalanıb. Dmitri isə bu dəfə ehtiyatda qalıb.

Ötən tur liderliyi ələ keçirən “Karabakh” bu məğlubiyyətdən sonra yenidən geriləyib. Belə ki, hazırda bu klub 26 xalla 17 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp