Azərbaycan Premyer Liqasının X turunda “Zirə”nin qonağı olacaq “Qəbələ” hazırlığını davam etdirir. “Qırmızı-qaralar” məşqləri “Bakı”nın bazasında keçirlər.
 
“Qəbələ”nin hazırlıq prosesində 2 futbolçu iştirak etmir. Uzun müddətdi zədəli olan Filip Ozobiç və İlqar Qurbanov baş məşqçi Roman Qriqorçukun ixtiyarında deyil.
 
Ozobiç 3 həftədən sonra sıraya dönəcəyi halda, Qurbanov zədəsini daha tez sağaldacaq. Belə ki, təcrübəli müdafiəçinin gələn həftə kollektivlə məşqlərə qatılacağı bildirilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp