“Zirə” klubu rumıniyalı futbolçusu Qabriel Mateyi cəzalandırıb. 

Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. Gənc mütəxəssisin sözlərinə görə, səbəb 27 yaşlı müdafiəçinin Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sumqayıt”la səfər matçının 63-cü dəqiqəsində Vüsal İsgəndərli ilə əvəzlənən zaman dəyişikliyə açıq-aşkar etiraz etməsidi. Klubun nizam-intizam qaydalarına uyğun olaraq, Mateyə pul cəzası kəsilib.

Qeyd edək ki, “Zirə” sonuncu turda “Sumqayıt”a 1:2 hesabı ilə uduzmaqla cari mövsümdə ilk dəfə meydanı xalsız tərk edib. Qəsəbə təmsilçisi 10-cu turda “Qəbələ”ni qəbul edəcək. Oktyabrın 28-də keçiriləcək matç saat 17:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp