"Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev klubun ona ayırdığı xidməti maşından imtina edib. Bu barədə xalq yazıçısı özü "vesti.az”a müsahibəsində danışıb:
 
"Uşaq vaxtdı bütün dostlarım qonşuluqda yaşayırdı. Evdən məktəbə qədər isə yolum cəmi bir dəqiqə idi. Zəng çalınanda evdən çıxırdım, özümü dərsə çatdırırdım. Bu sakit həyat tərzini hələ də qoruyuram. Baxmayaraq ki, 30 ildən artıqdı Yazıçılar Birliyinin katibiyəm, hələ də xidməti maşınım yoxdu. Yeri gəlmişkən, rəhbərlikdə çalışan yeganə adamam ki, xidməti avtomobildən istifadə etmirəm. Mən ondan imtina etmişəm. Birvaxtlar "Neftçi”dən mənə maşın ayırdılar. "Zəiflik” göstərib onu qəbul etdim. Sonra isə maşını geri qaytardım. Ən yaxşısı heç kimdən asılı olmadan gəzməkdi. Həm də ciddi olmağı bacarmaq lazımdı”.
 
Qeyd edək ki, müsahibə zamanı Çingiz Abdullyev dəfələrlə AFFA-nın vitse-prezidenti Elşad Nəsirovla uşaqlıqdan dost olduğunu, bir məktəbdə oxuduğunu vurğulayıb. Amma o, “Neftçi” rəhbərliyini yeni, bahalı xidməti maşın almağa məcbur etdiyini, bunun üçün klub büdcəsindən 250 min manat çıxdığını mədənsə “xatırlamayıb”. Avtomobilin ondan demək olar, zorla geri alındığı da “yaddan çıxıb”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp