“İnter” klubu Peşəkar Futbol Liqasına müraciət edib. 

Futbolinfo.az xəbər verir ki, “İnter” ev oyunlarını keçirdiyi stadionda klubun yeni adının təqdimat mərasimini keçirmək istəyində olduğunu və bununla əlaqədar olaraq “Kəpəz” – “İnter” görüşünün yerinin dəyişdirilməsini xahiş edib. PFL yuxarıda göstərilənləri və “Kəpəz”in razılıq məktubunu əsas tutaraq aşağıdakı qərarları qəbul edib:

Topaz Premyer Liqasının 10-cu turunun “Kəpəz” – “İnter” matçı 28 oktyabr tarixdə “İnter Arena” stadionunda keçirilsin. 

10-cu turda meydan sahibi “İnter” hər iki klubun iştirakı ilə 4-cü dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp