Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzediciləri arasında təşkil olunan ölkə çempionatının 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Kəpəz" – “Neftçi” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub. Stadionda tələb olunan bayraqlar olmadığına görə "Kəpəz" klubu 400 manat cərimə olunub.

“Qəbələ” – “Qarabağ” matçının 89-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Abbas Ağazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp