19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatlarının seçmə mərhələlərində mübarizəyə start verib. 

Futbolinfo.az xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu komanda Albaniyada təşkil olunan 4-cü qrupun oyunlarına Ukrayna ilə görüşlə start verib.

Tiranada baş tutan qrupun açılışı matçı Kamza stadionunda baş tutub. Komandamız bu oyunda inamlı qələbəyə sevinib. Mərvə Özdəmirin 40-cı dəqiqədə hesabı açdığı görüşün əlavə vaxtında Vüsalə Seyfətdinova daha bir qol vuraraq, millimizə 3 xal qazandırıb.
 
Qrupun digər matçında İspaniya və Albaniya üz-üzə gələcək.

AÇ-nin seçmə mərhələsi
4-cü qrup

25 oktyabr

Azərbaycan – Ukrayna – 2:0
Qol: Merve Özdəmir, 40. Vüsalə Seyfətdinova, 90+3.
Tirana. Kamza stadionu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp