Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:

Gənclər Liqasında “Səbail” – “Kəpəz” matçının 30-cu dəqiqəsində “Kəpəz”in futbolçusu Cavid Mikayıllı aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-17 Liqasında “Xəzər Lənkəran” – “İnter” matçının 81-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Qədir Oruclu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Qarabağ” – “Sumqayıt” matçının 79-cu dəqiqəsində “Sumqayıt”ın futbolçusu Murad Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Kəpəz” – “Qəbələ” matçının 70-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Surac Nəcəfov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “İnter” – “Neftçi” İK İB matçının 76-cı dəqiqəsində “Neftçi” İK İB klubunun futbolçusu Səlin Babayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasında “Neftçi” – “İnter” matçının 35+1-ci dəqiqəsində “İnter”in futbolçusu Azər Fərmanov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “İnter” – “Mançester Yunayted” matçının 54-cü dəqiqəsində “Mançester Yunayted”in futbolçusu Ruhid Mustafayev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyun bitdikdən sonra “İnter”in futbolçuları “Mançester Yunayted”in avtobusuna yaxınlaşıb və hər iki klubun futbolçuları arasında insident baş verib. İnsident zamanı “Mançester Yunayted”in futbolçusu Raul Məmmədova, “İnter”in futbolçusu Tural Əmirhüseynovun valideyni Müşviq Əmirhüseynov tərəfindən zərbə endirilib. İntizam Komitəsi tərəfləri və oyun iştirakçılarını dinlədikdən sonra aşağıdakı qərarı qəbul edib:

“İnter”in futbolçusu Tural Əmirhüseynovun valideyini Müşviq Əmirhüseynovun futbol görüşlərinin keçirildiyi stadionlara girişinə qadağa qoyulsun.

Hər iki klub təlim-tərbiyə işlərini daha yüksək səviyyədə aparsın.

U-14 Liqasında “Arzu UGİM-1” (Gəncə) – “Çinar” UGFHK (Gəncə) matçının 40-cı dəqiqəsində “Çinar”ın futbolçusu Yusif Babayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında UGİM Gənclərbirliyi (Gəncə) – “Çinar” UGFHK (Gəncə) matçının 43-cü dəqiqəsində “Çinar”ın məşqiçisi Elçin Quziryani hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb.

U-13 Liqasında, “Vətən” – “Neftçi” matçının 35-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Ramiz Muradov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında “Ərkivan”(Masallı) – “Separadi Bələdiyyəsi” (Lənkəran) matçının 42-ci dəqiqəsində “Separadi Bələdiyyəsi”nin məşqçisi Qurban Canıyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-11 Liqasında “TİM” (Gəncə) – “Gənclik” FT Gimnaziya (Gəncə) matçında “Gənclik” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-16 qızlar Liqasında “İnter” PİK– “Mingəçevir” matçının 52-ci dəqiqəsində “İnter”in futbolçusu Nəzrin Mamiyeva ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 qızlar Liqasında “Xırdalan City” – “Qusar” matçında “Qusar” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 qızlar Liqasında “Sumqayıt” FK – “Təhsil FM” matçında “Sumqayıt” komandasının heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qızlar arasındakı Yüksək Liqada “Zaqatala” FK – “İnter” PİK matçının 84-cü dəqiqəsində “İnter”in futbolçusu Nəzrin Mamiyeva hakimi təhqir etdiyinə görə 2 oyun cəzalanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp