Türkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Fahrudin Ömeroviçlə razılıq əldə edib. Türkiyə mətbuatının yaydığı məlumata görə, "Fənərbaxça"nın baş məşqçisi Aykun Kocamanın köməkçisi vəzifəsində çalışan mütəxəssis bu gün Konyaya gedərək rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, serbiyalı məşqçi bu vəzifədə bir neçə gün öncə istefaya göndərilən Mustafa Reşit Akçayı əvəz edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp