Ötən mövsüm başa çatdıqdan sonra klubsuz qalan Vaqif Cavadov özünə yeni iş yeri tapıb.

Futbolinfo.az xəbər verir ki, milli komandamızın sabiq üzvü hazırda “İnter”in düşərgəsindədi. Təcrübəli forvard paytaxt təmsilçisi ilə məşq edir.

“İnter”in transfer qadağası olduğu üçün Cavadov klubla müqavilə imzalaya bilmir. Gələn ilin yanvar ayında tərəflər arasında sözləşmə imzalanması gözlənilir.

Qeyd edək ki, Vaqif Cavadovun son klubu AZAL olub. O, 2013/14 mövsümündə "İnter"də oynayıb, hətta kapitan olub. (Sportal)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp