Futbol üzrə Çexiya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Ağayevin formasını geyindiyi “Mlada Boleslav” da bu turnirdə növbəti matçına çıxıb. Sözügedən klub səfərdə aşağı liqa təmsilçisi “İskra Domajliçe” ilə qarşılaşıb. 6 qolun vurulduğu oyunda qələbəni “Mlada Boleslav” bayram edib – 4:2. Bu qələbə futbolçumuzun komandasını 1/4 finala daşıyıb.

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Kamran sonadək oynayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp