Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 10-cu turun oyunları üçün hakim təyinatları açıqlanıb.

Futbolinfo.az sizi həmin təyinatlarla tanış edir:

Əvəzedicilərin çempionatı
10-cu tur

28 oktyabr (şənbə)

“Qarabağ” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Zöhrab Abbasov, Ramiz Məhərrəmov.
Tofiq Bəhramov adına Respublika stadionu.

29 oktyabr (bazar)

“Zirə” – “Qəbələ”
Hakimlər: Qorxmaz Eldarov, Müslüm Əliyev, Rəşad Xasıyev, Emin Nağıbəyov.
Zirə İdman Kompleksinin stadionu.

“İnter” – “Kəpəz”
Hakimlər: Ramil Əhmədov, Ruslan Babayev, İlkin Arzumanov, Vüsal Əliyev.
Bakı. “İnter Arena”.

30 oktyabr (bazar ertəsi)

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Mehman Mahmudov, Akif Əmirəli, Xəlil Xəlilov 
Binə qəsəbə stadionu

Qeyd: Turun bütün görüşləri saat 15:00-da başlanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp