19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının bu gün Avropa çempionatlarının seçmə mərhələlərində ilk oyununa çıxdığını və Ukraynaya 2:0 hesabıyla qalib gəldiyini xəbər vermişdik.

Futbolinfo.az xəbər verir ki, Albaniyada təşkil olunan 4-cü qrup çərçivəsində bu gün daha bir oyun baş tutub. Meydan sahibləri bu qrupun favoriti İspaniya ilə qarşılaşıb. Yığmamızın rəqiblərinin duelində qapılara 8 qol vurulub. İspanlar albanları məhz 8:0 hesabıyla darmadağın ediblər.

İkinci turda millimiz İspaniya ilə üz-üzə gələcək. Oktyabrın 28-də baş tutacaq həmin oyunla yanaşı, Albaniya da Ukrayna ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp