Futbol üzrə Kipr çempionatında 9-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Pafos”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 55-ci dəqiqədə əvəzlənib.

Geridə qalan turlarda 19 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi. Amma bu xal itkisi komandanın əsas rəqiblərindən olan Larnaka AEK-inin zirvəyə şərik olmasına səbəb olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp