Futbol üzrə Makedoniya çempionatında 12-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi “Pobeda” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Şkupi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Tural bu görüşün iştirakçısı olmayıb. Onun adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.

“Pobeda” geridə qalan turlarda 12 xal qazanıb və 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp