Futbol üzrə İtaliya A Seriyasında 10-cu turun oyunları keçirilib. 

Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Roma” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Krotone” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyunda minimal hesabla qalib gəlib – 1:0. “Canavarlar”ın yeganə qolunu 10-cu dəqiqədə penaltidən dəqiq yararlanan Dieqo Perotti vurub.

Ehtiyatda bir oyunu olan paytaxt təmsilçisi hazırda 21 xalla 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp