Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Çelsi” də bu turnirdə növbəti matçına çıxıb. London klubu “Everton”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı qarşılaşmada qələbəni “zadəganlar” bayram ediblər. “Çelsi”nin heyətində 26-cı dəqiqədə Antonio Rudiger, 90-da isə Villian fərqlənib.

Bu qələbə sayəsində “Qarabağ”ın rəqibi adını 1/4 finala yazdırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp