Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 6 görüş baş tutub. İddialılardan “Arsenal” və “Mançester Siti” 1/4 finala çox çətinliklə yüksəlib.

MY və “Lester Siti” isə asan qələbəyə sevinib.

Son oyun günündə "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Çelsi" "Everton"a qalib gələrək mərhələ adlayıb.

Günün digər matçı daha maraqlı alınıb. Beş qolun vurulduğu oyunda "Tottenhem" "Vest Hem"ə uduzaraq, mübarizəni dayandırıb.

İngiltərə Liqa Kuboku
1/8 final

24 oktyabr

Bornmut – Midlsbro 3:1
Arsenal – Norviç Siti 2:1
Bristol Siti – Kristal Pelas 4:1
Lester Siti – Lids 3:1
Suonsi Siti – Mançester Yunayted 0:2
Mançester Siti – Vulverhempton 0:0 (penaltilər – 4:1)

25 oktyabr

Çelsi – Everton 2:1
Tottenhem – Vest Hem 2:3

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp