Futbol üzrə Fransa Liqa Kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Loryan” doğma meydanda “Kan”a, “Genqam” isə “Monpelye”yə uduzub.
İkinci oyun günündə "Sent-Etyen", "Nant", "Trua", "Nansi", "Dijon" kimi klubların mübarizəni dayandırması diqqətçəkən olub.
Fransa Liqa Kuboku
3-cü təsnifat mərhələsi
24 oktyabr
Loryan – Kan 0:1
Genqam – Monpelye 0:2
25 oktyabr
Lill – Valensyen 2:2 (penaltilər 5:4)
Anje – Nansi 3:2
Dijon – Renn 1:2
Mets – Red Star 1:0
Strasburq – Sent-Etyen 1:1 (penaltilər 5:4)
Tuluza – Klermont 4:2
Tur – Nant 3:1
Trua – Amyen 1:2