İngiltərənin “Lester Siti” klubu yeni baş məşqçisini müəyyənləşdirib.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi fransalı məşqçi Klod Pyuelə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 56 yaşlı mütəxəssislə 2020-ci ilədək müqavilə imzalanıb.

Fransalı mütəxəssisin son iş yeri isə “Sauthempton” olub. Klod daha əvvəl ölkəsinin “Monako”, “Lill”, “Nitsa” və “Olimpik” (Lion) klublarında da çalışıb.

Qeyd edək ki, Pyuel baş məşqçi vəzifəsində bir neçə gün əvvəl istefaya göndərilən Kreyq Şekspiri əvəzləyib. Komanda geridə qalan 9 turda cəmi 9 xal toplaya bilib və 14-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp