Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 11-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Nasional”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Nəsirov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Futbolçumuz 30-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

"Sportinq" hazırda 14 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb. 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp