Futbol üzrə Ukrayna Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. 

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin heyətində yer aldığı “Aleksandriya” da bu turnirdə növbəti matçına çıxıb. Sözügedən klub Kiyev “Dinamo”su ilə qarşılaşıb. Gərgin və bol qollu qarşılaşma futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 2:3.

Millimizin üzvü bu görşün iştirakçısı olmayıb. Paşayev qarşılaşmanın sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Bu məğlubiyyət nəticəsində “Aleksandriya” Ukrayna Kubokunda mübarizəni dayandırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp