Futbol üzrə Rusiya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin komandası – “Krılya Sovetov” bu mərhələdə “Rubin”lə qarşılaşıb. Andrey Tixonovun baş məşqçisi olduğu və Birinci Divizionda mübarizə aparan Samara təmsilçisi Kazanda keçirilən səfər oyunundan qalib ayrılıb – 2:1. 

Azər də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 90-cı dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da 55-ci dəqiqədə məhz Əliyev vurub.

Bu qələbə “Krılya Sovetov”u növbəti mərhələyə çıxarıb. 1/4 finalda "Krılya Sovetov"un rəqibi Moskva "Spartak"ı olacaq.

Qeyd edək ki, 23 yaşlı A.Əliyev hücumçudu. O, 2017-ci ildən “Krılya Sovetov”un şərəfini qoruyur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp