“Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İspaniyanın “Atletiko” klubunun bir müddətdi zədədən əziyyət çəkən futbolçusu Koke məşqlərə başlayıb.

Futbolinfo.az xəbər verir ki, zədəsini sağaldan futbolçunun artıq komanda ilə birgə hazılıq keçdiyi bildirilir. Amma o, hələlik, fizioterapevtin nəzarəti altında məşq edir. Kokenin yaxın günlərdə tam hazır olacağı qeyd edilir.

Xatırladaq ki, ispan yarımmüdafiəçi zədə səbəbindən Bakıda ÇL-in qrup mərhələsinin “Qarabağ”la, La Liqada “Selta”yla, həmçinin, kubokda "Elçe" ilə oyunu buraxmalı olmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp