“Qarabağ”ın hücumçusu Dino Ndlovu Cənubi Afrika Respublikasının (CAR) milli komandasına dəvət alıb.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Stüart Baksterin açıqladığı 26 futbolçudan ibarət heyətdə Ndlovunun da adı var. O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Seneqala qarşı keçiriləcək oyunlarda iştirak edə bilər.

Qeyd edək ki, CAR yığması Seneqala qarşı ilk oyunun noyabrın 10-da öz meydanında keçirəcək. Bu qarşılaşma əslində ötən il oynanılıb və CAR yığmasının qələbəsi ilə yekunlaşıb – 2:1. Lakin FİFA baş hakimin şübhəli qərarlar verdiyini əsas gətirərək, matçın yenidən keçirilməsinə qərar verib. Nəticədə görüş təxirə salınıb. Noyabrın 14-də isə Seneqal və CAR Dakarda üz-üzə gələcək. 

CAR millisi 4 oyuna 4 xal toplayıb. Dino Ndlovunun komandası qarşıdakı iki oyunda qələbə qazansa, qrup lideri kimi DÇ-2018-ə vəsiqə qazanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp