Futbol üzrə Azərbaycan Birinci Divizionunda 5-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub.

Lider “Qaradağ Lökbatan” doğma meydanda “Zaqatala” ilə qarşılaşıb və minimal hesabla qalib gəlib.

Günün digər oyunları daha bol qollu alınıb. Beş qolun vurulduğu “Ağsu” – “Mil-Muğan” görüşündə qələbəni meydan sahibləri bayram ediblər.

Beş qolun qeydə alındığı “Binə” – “Şüvəlan” görüşündə isə 3 xala sevinən tərəf qonaqlar olublar. 

Birinci Divizion
5-ci tur

26 oktyabr

“Ağsu” – “Mil-Muğan” 3:2
Qol: Əlimrdan Əlimərdanlı, 42. Rəvan Kərimov, 55-pen. Ramil Əliyev, 90+1 – Bayram Əliyev, 18. Samir Babayev, 84-pen.
Hakimlər: Elgün Hüseynov, Nahid Əliyev, Elçin Əsədov, Nail Nağıyev.
Ağsu. Şəhər stadionu.

“Binə” – “Şüvəlan” 2:3
Qol: Bəxtiyar Soltanlı, 20. Məhəmməd Bədəlbəyli, 72 – Nuqzar Kvirtiya, 15. Hüseyn Axundov, 65. Fərid Abbaslı, 75-öz qapısına.
Hakimlər: Ramil Diniyev, Elşad Abdullayev, Teymur Teymurov, Anar Göyçayski.
Binə. Qəsəbə stadionu

“Qaradağ Lökbatan” – “Zaqatala” 1:0
Qol: Emin Mustafayev, 50.
Hakimlər: Hacıəli Ağayev, Əli Cəbrayılov, Vüsal Qənbərov, Kərim Kərimov
Lökbatan. Olimpiya idman kompleksinin stadionu

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq: MOİK – “Turan Tovuz”, “Sabah” – “Xəzər”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp