Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”la eyni qrupda yer alan “Çelsi”nin də rəqibi müəyyənləşib. London klubu “Bornmut”la qarşılaşacaq.

Bütövlükdə, püşkün nəticəsi belə olub:
 
“Çelsi” – “Bornmut”
“Arsenal” – “Vest Hem”
“Lester Siti” – “Mançester Siti”
“Bristol” – “Mançester Yunayted”

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları dekabrın 18-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp