AFFA tərəfindən son anda Birinci Divizionda iştirakına icazə verilən "Binə"nin başının üzərini qara buludlar kəsdirib. Futbolinfo.az “Sportinfo”ya istinadən xəbər verir ki, qarşısına böyük məqsədlər qoyduğu iddia olunan debütant maliyyə çətinlikləri ilə üzləşib.

Qəsəbə təmsilçisi mükafat sistemini ləğv edib, infrastrukturla bağlı layihələri təxirə salıb. Müxtəlif sponsorlarla aparılan danışıqlar gözlənilən kimi nəticələnməyib. "Binə" adından imtina etməyən klubun AFFA-nın nəzarətini keçməsi gözlənilir. 

Bilindiyi kimi, "Binə"nin prezidenti Teymur Həsənovdu. Gənc iş adamı “Azəristiliktəchizat"ın İdarə Heyətinin sədri Yaşar Hüseynovun oğludu.

Federasiya bu komandanı diviziona məhz ona görə buraxıb. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin qəbulunda olan T.Həsənov atasının işə qarışmasından sonra istədiyi cavabı ala bilib. 

İndi isə Y.Hüseynovun idarəsində problemlər baş qaldırıb. İstilik təchizatı xidmətlərinin göstərilməsindən yaranan zərərin ödənilməsi üçün dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən vəsaitə (subsidiyaya) tələbat "Azəristiliktəchizat" ASC tərəfindən planlaşdırılan zərər həcmində, yəni 2015-ci il üzrə 44 mln. 186,349 min manat və 2016-cı il üzrə 42 mln. 835,410 min manat məbləğində proqnozlaşdırılıb, proqnoz göstəriciləri 2015-ci il üzrə 48,8% azaldılaraq 18 mln. manat həcmində ilki təyinat təsdiq edilib.

Bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində qeyd edilib. Nəzarət tədbiri 2015-ci ilin aprel-dekabr ayları və 2016-cı ili əhatə edir.

Bülletendə qeyd edilib ki, auditlə əhatə olunmuş maliyyə illəri ərzində "istilik" paraqrafı üzrə ilkin təyinatlarda dürüstləşmələr (artım və ya azalma) aparılmayıb.

Bundan başqa, 2015-ci ildə SOCAR tərəfindən yaranmış borca görə təbii qazın verilməsinin dayandırılması nəticəsində bir sıra müəssisələrdə yaranmış problemlərin aradan qaldırılması üçün Nazirlər Kabinetinin 27 noyabr 2015-ci il tarixli sərəncamına əsasən dövlət büdcəsinin ehtiyat fondundan təbii qaza görə "Azəristiliktəchizat" ASC-nin borcunun qaytarılması üçün 3 mln. manat məbləğində dürüstləşdirilmiş büdcə təsdiqlənib.

2016-cı ildə isə "Kommunal təsərrüfatı" köməkçi bölməsinin "Mənzil və kommunal təsərrüfatı sahəsində yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpa və yenidən qurulması, abadlaşdırılması ilə bağlı xərclər" paraqrafından 821,197 min manat məbləğində dürüstləşdirilmiş büdcə təsdiq edilib.

Dövlət büdcəsinin "Sənaye, tikinti və faydalı qazıntılar" bölməsinin "Tikinti" köməkçi bölməsinin "Sair tikinti" paraqrafından və ya iqtisadi təsnifatı üzrə "Qeyri-yaşayış binalarının tikintisi" xərc yarım maddəsindən 2015-ci il üçün 5 mln. manat və ya 2016-cı il üçün 2 mln. manat məbləğində dürüstləşdirilmiş büdcə təsdiq edilib.

ASC tərəfindən proqnozlaşdırmanın tərtibi zamanı əvvəlki ilin faktiki xərci və büdcədən ayrılan subsidiya və cari ilin gözlənilən xərci və ayrıla biləcək subsidiya düzgün nəzərə alınmayıb, bəzi hallarda özünün istehsalı olan istilik enerjisinə çəkilən xərclərin artırılması hesabına onun zərəri artırılıb və büdcə vəsaitinə (subsidiyaya) olan tələbatdan artıq proqnozlaşdırılma aparılıb.

Belə ki, "Bakı İstilik Elektrik Mərkəzi" MMC-dən satın alınan istilik enerjisi və kənar təşkilatların qazanxanalarına xidmətlər üzrə xərclər, həmçinin dövlətin investisiya vəsaitləri hesabına əldə edilən əsas vəsaitlərə hesablanmalı olan amortizasiya ayırmaları planlaşdırılan xərclərin tərkibinə daxil edilərək subsidiya alınması zərərin plan məbləği artırılıb.

Bundan başqa, satışdan yaranan zərərin kompensasiya edilməsi məqsədilə zəruri büdcə vəsaitinə (subsidiyaya) tələbat müəyyən edilərkən 2015-ci ilin əvvəlinə olan 3 mln. 508 min 628,56 manat və 2016-cı ilin əvvəlinə olan 3 mln. 284 min 628,42 manat dəyərində mal-material qalığı proqnozlaşdırmalarda nəzərə alınmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp