Futbol üzrə İran Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” bu mərhələdə “Fajr Sepasi” ilə qarşılaşıb. Matçın əsas vaxtında qalib müəyyənləşməyib – 2:2. Əlavə vaxtda isə daha üç qol vuran Təbriz klubu 1/4 finala vəsiqə qazanıb.

Təbrizin digər təmsilçisi “Göstəriş” isə sabah “Oxin Alborz”la qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp