Xorvatiyalı mütəxəssis Robert Prosineçkinin Azərbaycan millisinin baş məşqçisi postundakı fəaliyyəti başa çatdı.

Futbolinfo.az xəbər verir ki, 48 yaşlı çalışdırıcı 3 il rəhbərlik etdiyi yığmada 23 oyun keçirib.

 
2014-cü ilin sonlarında AFFA ilə müqavilə imzalayıb, millimizə baş məşqçi təyin olunan Prosineçkinin debütü 2015-ci il martın 28-də gerçəkləşib. Bakıdakı görüşdə komandamız Maltanı 2:0 hesabı ilə məğlub edib.
 
“Cırtdanlar” üzərində qələbə ilə başlayan yol Kayzerslauterndə gerçəkləşən böyük hesablı məğlubiyyətlə başa çatıb. Almaniya millisi Prosineçki və yetirmələrinə “5” verib – 5:1.
 
Maltadan Almaniyaya qədər olan müddətdə Prosineçkinin yetirmələri 23 görüşdən 6-da qalib gəlib, eyni sayda heç-heçə edib. 11 dəfə uduzan millimiz 22 top vurub ki, orta məhsuldarlıq 0,96-ya bərabər olub. Xorvatiyalının yetirmələri 37 top buraxıb.
 
Bu matçlardan 16-sı seçmə mərhələlər çərçivəsində keçirilib. AVRO-2016-nın 6, DÇ-2018-in 10 seçmə matçında komandaya rəhbərlik edən balkanlı 4 qələbə, 4 heç-heçə və 8 məğlubiyyətə şahid olub. Onun yetirmələri 15 qol vurub, 26-nı buraxıb.
 
Maraqlıdı ki, Prosineçkili komanda ildə 8-dən artıq matç keçirməyib. 2015 və 2016-cı ildə 8 qarşılaşmaya çıxan yığmamız bu il 7 dəfə qüvvəsini sınayıb.
 
2015
8
2
3
3
8-12
9
2016
8
2
3
3
4-9
9
2017
7
2
0
5
10-16
6
CƏMİ
23
6
6
11
22-37
24
Seçmə
16
4
4
8
15-26
16
 
DÇ-2018-də 10 xal yığan millimiz tarixinin ən yaxşı göstəricisinə məhz Prosineçki ilə imza atıb. Bir tsikldəki qələbə sayında da mütləq rekord son seçmə mərhələdə müəyyənləşib – 3 dəfə. 10 qol vuran yığmamız məhsuldarlıq rekordunu təkrarlamağa müvəffəq olub.
 
Daha bir rekord isə San-Marino ilə matçda qeydə alınıb. Bu il sentyabrın 4-də Bakıda qazanılan 5:1 hesablı qələbə yığmamızın tarixində ən çox top vurduğu matçdı. İndiyədək bir oyunda 5 qol vura bilməyən millimiz ən böyük hesablı qələbə rekordunu da təkrarlayıb. Komandamız Lixtenşteyn üzərində 1999-cu ildəki 4:0 hesablı qələbə ilə eyni fərqə nail olub.
 
Aktivində cəmi 1 darmadağını olan millimiz bu müddətdə 4 dəfə böyük hesabla uduzub. Komandamız Serbiyaya yoxlama oyununda 1:4 uduzubsa, DÇ-2018-in seçmə oyunlarında 3 ağır yenilgiyə üzülüb. Prosineçkinin yetirmələri Şimali İrlandiyaya səfərdə 0:4, Almaniyaya isə evdə 1:4, rəqib meydanında 1:5 uduzub.
 
Xorvatiyalı yığmamızı FİFA reytinqinin 115-ci pilləsində təhvil verib gedir. 3 il öncə 2014-cü ilin dekabrında AFFA ilə Prosineçki arasında müqavilə imzalanan vaxt isə millimiz 135-ci pillədə idi. Bu da o deməkdi ki, 23 matçda komanda 20 pillə irəliləyib. (Apasport)
 
Azərbaycan millisinin Prosineçkinin rəhbərliyi altında keçirdiyi oyunlar
28 mart 2015. Bakl. AÇ. Azərbaycan – Malta – 2:0
7 iyun 2015. Sankt-Polten. YO. Azərbaycan – Serbiya – 1:4
12 iyun 2015. Oslo. AÇ. Norveç – Azərbaycan – 0:0
3 sentyabr 2015. Bakı. AÇ. Azərbaycan – Xorvatiya – 0:0
6 sentyabr 2015. Ta-Qali. AÇ. Malta – Azərbaycan – 2:2
10 oktyabr 2015. Bakı. AÇ. Azərbaycan – İtaliya – 1:3
13 oktyabr 2015. Sofiya. AÇ. Bolqarıstan – Azərbaycan – 2:0
17 noyabr 2015. Bakı. YO. Azərbaycan – Moldova – 2:1
26 mart 2016. Antalya (Türkiyə). YO. Azərbaycan – Qazaxıstan – 0:1
26 may 2016. Bad Erlax (Avstriya). YO. Azərbaycan – Andorra – 0:0
29 may 2016. Şvadorf (Avstriya). YO. Azərbaycan – Makedoniya – 1:3
3 iyun 2016. Rohrbax an der Lafnits (Avstriya). YO. Azərbaycan – Kanada – 1:1
4 sentyabr 2016. Serravalle. DÇ. San-Marino – Azərbaycan – 0:1
8 oktyabr 2016. Bakı. DÇ. Azərbaycan – Norveç – 1:0
11 oktyabr 2016. Ostrava. DÇ. Çexiya – Azərbaycan – 0:0
11 noyabr 2016. Belfast. Şimali İrlandiya – Azərbaycan – 4:0
9 mart 2017. Doha. Qətər – Azərbaycan – 1:2
26 mart 2017. Bakı. DÇ. Azərbaycan – Almaniya – 1:4
10 iyun 2017. Bakı. DÇ. Azərbaycan – Şimali İrlandiya – 0:1
1 sentyabr 2017. Oslo. DÇ. Norveç – Azərbaycan – 2:0
4 sentyabr 2017. Bakı. DÇ. Azərbaycan – San-Marino – 5:1
5 oktyabr 2017. Bakı. DÇ. Azərbaycan – Çexiya – 1:2
8 oktyabr 2017. Kayzerslautern. DÇ. Almaniya – Azərbaycan – 5:1
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp