Robert Prosineçkinin millimizlə yollarının ayrılmasına xarici mətbuat da biganə qalmayıb. 

Futbolinfo.az xəbər verir ki, xorvatiyalı çalışdırıcının Azərbaycan yığmasına gedişinə yer verənlər sırasında Ukrayna mediası da var.

Ua-football.com saytında yerləşdirilən yazının bir hissəsi məhz bu mövzuya həsr olunub. Həmkarlarımızın marağını doğuran məsələ Prosineçkinin yerinə kimin gətiriləcəyidi.

Onlar bu posta “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçukun keçmək variantının olduğunu qeyd edərək, yerli mətbuatın ukraynalı məşqçiyə dəyər verdiyini vurğulayıblar: “Yaxın keçmişin tanınmış xorvatiyalı futbolçusu Robert Prosineçki Azərbaycan yığmasının baş məşqçisi postunu tərk etdi. Faktiki olaraq, DÇ-2018-in seçmə mərhələsi onlar üçün uğursuz oldu. Almaniya, Şimali İrlandiya, Norveç, Çexiya və San-Marinonun da yer aldığı qrupda 5-ci yeri tutdular. Maraqlıdı ki, yerli KİV bu posta “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun gətiriləcəyini aktiv şəkildə müzakirə edir. Yeri gəlmişkən, o, “Qəbələ” ilə az uğur əldə etməyib”.

Qeyd edək ki, əvvəllər “Dinaburq”, “Ventspils”, “Metallurq” və “Çernomorets” klublarını da çalışdırmış Roman Qriqorçuk 2014-cü ildən “Qəbələ”nin “sükanı arxası”ndadı. (Apasport)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp